Milli Məclisin deputatı Aqil Abbas deyib ki, paytaxt gələcəkdə Ağdam olacaq. O, Ağdamda aparılan tikinti işlərindən və şəhərin gələcək perspektivindən danışıb. Azərbaycan paytaxtının Bakıdan köçürülməsi ideyası bir müddətdir sosial şəbəkələrdə müzakirə olunur.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib ki, zaman-zaman Bakı şəhərinin yüklənməsi, burada insanların və avtomobillərin sıxlığı, ümumilikdə meqapolis olaraq paytaxtın yüklənməsi məsələsi gündəmə gəlir:

“Bu mövzuda ekspertlər və müxtəlif qurumlar tərəfindən təkliflər irəli sürülür. Onlardan biri də paytaxtın başqa bir bölgəyə, məsələn, ticari və inzibati mərkəzlərin köçürülməsi və ya yeni bir şəhərin Azərbaycanın paytaxtı olması ideyasıdır. Bu təkliflər zaman-zaman səsləndirilir. Millət vəkili həmkarım Ağdam şəhəri ilə bağlı paytaxtın ora köçürülməsi fikrini səsləndirib. Bu onun şəxsi mövqeyidir. Biz bilirik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə qazandığı Vətən müharibəsi zəfəri nəticəsində işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və quruculuq işləri gedir. Ağdam da sıfırdan inşa edilən şəhərlərdən biridir. Ağdamın Baş planı artıq hazırdır və orada geniş tikinti və bərpa işləri gedir. Prezident dəfələrlə Ağdamda olub, oradakı açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib”.
Deputat əlavə edib ki, Ağdam gələcəkdə yüz mindən çox əhalisi olan, ölkənin və hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilə bilər:
“Amma paytaxtın ora köçürülməsi çox böyük xərcli və kompleks bir prosesdir. Sadəcə yeni şəhər salmaqla bu məsələ həll olunmur, inzibati, sosial, infrastruktur və strateji məsələlərin hamısı düşünülməlidir. Bu da həm zaman, həm maliyyə, həm də böyük planlaşdırma tələb edir. Hazırda dövlətin paytaxtın köçürülməsi ilə bağlı konkret bir planı yoxdur. Bu, daha çox fərdi fikirlərdir və ictimai müzakirə mövzusudur. Bakı bu gün də inkişaf edir və dünyanın ən gözəl şəhərlərindən biridir. Eyni zamanda, ölkəmizin digər bölgələri də inkişaf edir. Gələcəkdə bu mövzu aktuallaşarsa, dövlət səviyyəsində qərar verilərsə, ictimaiyyətə açıqlanacaq. Hazırda isə belə bir plan yoxdur”.
Leyla Turan
Demokrat.az