Artıq havalar isinib. Bir çox uşaq dondurma yemək istəyir. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Valideynlərin çoxu soyuq olması baxımından övladlarına məhdudiyyət qoysalar da, dondurmaya tam qadağa qoymaq mümkün olmur.
Bununla bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
Həkim deyib ki, dondurmanın uşaqları xəstələndirmək kimi bir gücü yoxdur:
“Əksinə, bəzi əməliyyatlardan sonra məsələn, badamcıq əməliyyatı sonrası uşaqlara dondurma yemək tövsiyə olunur. Xəstələnməyə səbəb olan bakteriya, virus və mikroblardır, dondurma deyil. Pediatr olaraq tövsiyəm budur ki, uşaqlar ürəklə dondurma yeyə bilərlər. İlin bütün fəsillərində qış, yay, yaz, payız – 50-100 qram dondurma qəbul etmək olar. Amma burada diqqət edilməli məqamlar var. Əgər uşağın süd allergiyası varsa, dondurma tövsiyə olunmur. Süd allergiyası çox vaxt 3 yaşa qədər davam edir. Allergiya keçibsə, problem yoxdur. Şokoladlı və meyvəli dondurmalar da tövsiyə edilmir. 1 yaşa qədər uşaqlara dondurma verilməməlidir. 2 yaşdan yuxarı uşaqlara verilə bilər”.
Pediatr dondurma alarkən diqqət etmək lazım olduğunu bildirib:
“Dondurmanın tarixi keçməməlidir. Əgər dondurma əvvəlcə əriyib, sonra yenidən dondurulubsa, üzərində buz kristalları yaranır – bu isə təhlükəlidir. Belə dondurmalar uşaqlarda zəhərlənmə yarada bilər. Dondurmanı otaq temperaturunda maksimum 1-2 dəqiqə saxlayıb, qaşıqla verə bilərsiniz. Amma 15-20 dəqiqə əridib vermək olmaz – südlü məhsullarda bu müddətdə bakteriyalar sürətlə çoxala bilər”.
Leyla Turan
Demokrat.az