Şeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibinə etiraz məktubu göndərib

SİYASƏT 11 iyun 2025, 16:41
Erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) tərəfindən bundan sonra dəstək verilməsin.

Ordu.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ÜKŞ Baş katibi Jerry Pilleyə etiraz məktubunda qeyd edilib.

Məktubda qeyd edilib ki, Baş katibin erməni tərəfinin açıq-aydın təsiri altında verdiyi açıqlamalar Şuranın sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir:

"Əminəm ki, ÜKŞ rəhbəri olaraq Siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, Sizin açıqlamalarınız da obyektiv və Uca Yaradana xoş gedən tərzdə ədalətli olardı. Bizi narahat edən məqam ondan ibarətdir ki, 1993-cü ildə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etmədiyini o vaxt təsdiq edən ÜKŞ-nin hazırda ermənipərəstliyi, xristian təəssübkeşliyi ilə verilən birtərəfli bəyanatları, Sizin Baş Katib olaraq erməni tərəfinin açıq-aydın təsiri altında verdiyiniz açıqlamalar Ümumdünya Kilsələr Şurasının sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir. Onun dinlərarası əməkdaşlıq müstəvisində fəaliyyətinə kölgə salır, dinlərarası dialoq işinə sağalmaz zərbə vurur".

Məktubda qeyd olunub ki, ÜKŞ kimi beynəlxalq kilsə təşkilatının erməni məkri və iftiralarına istinad edən sənədlərində islamofob dəst-xətt aydın sezilir ki, bu da, təşkilatın adına ləkə gətirir.

"İnsanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir. Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun".

Xatırladaq ki, ÜKŞ Baş katibi Jerry Pilleyin 27-28 may tarixlərində Berndə keçirilən Konfrans zamanı 2023-cü ildə Laçın koridoruna yaxın ərazidə olduğunuz zaman guya “...fiziki yaraların, həm də öz kökündən qoparılan insanların iztirablarının şahidi" olduğunu dilə gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top