Yeni istifadəyə verilən Sumqayıt-Saray körpüsündə çökmə baş verib? — RƏSMİ AÇIQLAMA

SOSİAL 11 iyun 2025, 16:00
Son günlər Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə yenidən çat və çökmələrin meydana gəldiyi bildirilib.

Cari ilin mart ayında istifadəyə verilən körpüdə bu problem aradan qaldırmaq üçün yenidən təmir işlərinə başlandığı bildirilib.

Hətta gecə saatlarında körpüdə hərəkətin məhdudlaşdırılması və təmir işlərinin aparılması ilə bağlı görüntülər yayılıb.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Saray körpüsünün çökməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Sözügedən ərazidə körpüdə yox, yanaşma yollarında problem, müəyyən çökmələr var. Yanaşma yolun Saray körpüsü ilə birləşən hissəsində də o problem var idi deyə bir neçə gündür guya Saray körpüsü çökməsi ilə bağlı məlumatlar yayılır.

Qeyd edim ki, yeni körpünün tikintisi zamanı yanaşma yollarında hər hansı iş aparılmayıb, yalnız yeni körpünün tikintisi aparılıb. İndi həmin körpüyə birləşən hissə bərpa olundu ki, yaranan bu söz-söhbət aradan qalxsın. Üstəlik yanaşma yolunda bərpa işlərinin aparılmalmalı olduğu və həmin yolunun da körpüyə uyğun genişləndirilərək dörd hərəkət zolağından ibarət olması nəzərdə tutulub. Bununla bağlı agentlik olaraq təkliflər hazırlayıb aidiyyəti üzrə vermişik", - deyə A.Nəcəfli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top