
Aparıcı Vüsalə Əlizadə yaxın günlərdə tamaşaçılarla sağollaşacağını bildirib.
Axşam.az xəbər verir ki, o, "İncə səhər" verilişinin mövsüm finalına gedəcəyini deyib. Vüsalə bildirib ki, yeni televiziya mövsümündə yeniliklərlə tamaşaçıların görüşünə gələcək:
"Mövsümün sonudur. Məktəb illərində uşaqlar ilboyu dərsə getmir. Mövsüm sonunda hər gün dərsə gedirlər. Son günün dadını çıxartmaq istəyirsən. Ardı daha gözəl gəlsin. "İncə səhər"in yeni mövsümü necə olacaq bilmirik. Bu gün yeni mövsüm iclasına toplaşacağıq. Planlar quracağıq. Yeni mövsümə gözəl hazırlaşaq".