ABŞ-da polis jurnalistə xəsarət yetirib

DÜNYA 10 iyun 2025, 19:33
ABŞ-ın Los-Anceles şəhərində polis məmuru New York Post-un fotoqrafı Toby Canhamın baş nahiyəsindən rezin güllə ilə güllələyib.

Demokrat.az
xəbər verir ki, zərərçəkənin dediyinə görə, atəş açılan zaman yanında heç kim olmayıb,  əynində isə media nümayəndəsi olduğunu göstərən jilet olub. Los Anceles Polis Departamenti hadisə ilə bağlı şərh verməkdən imtina edib.

İyunun 6-da Los-Ancelesdə insanların Amerika hakimiyyətinin immiqrasiya siyasətindən narazı olduğu etiraz aksiyaları başlayıb. Nümayişlər bir neçə gündür səngimir və zaman keçdikcə daha da aqressivləşir. 

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 iyun 2025, 23:50
Top