İran İsrailin raket proqramı ilə bağlı məlumatları ələ keçirib

DÜNYA 10 iyun 2025, 18:30
İran İsrailin raket proqramı haqqında məlumat əldə edib və məlumatları anti-İsrail qrupları ilə bölüşməyi planlaşdırır.

Demokrat.az
xəbər verir ki, bu barədə İran kəşfiyyatı bildirib.

Tasnim agentliyi İranın İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədlər əldə etdiyini bildirib.  İyunun 8-də İranın İnformasiya (Kəşfiyyat) naziri İsmayıl Xətib sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandırıb. 

O bildirib ki, bu məlumatlar ölkənin hücum imkanlarını gücləndirməyə kömək edəcək. İran kəşfiyyatı sənədlərin bəzilərinin İsrailin hərbi və raket proqramları ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Tehran İsrailin cari və gələcək proqramları və bu layihələrdə iştirak edən alimlər haqqında məlumatlar əldə edib.

Kəşfiyyat məlumatlarına görə, sənədlərin bəziləri İran Silahlı Qüvvələri tərəfindən istifadə olunur.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 iyun 2025, 23:50
Top