Azərbaycan millisinin ən bahalı futbolçuları — SİYAHI

İDMAN 10 iyun 2025, 12:18
Azərbaycan milli futbol komandasının tərkibində bazar dəyəri ən yüksək olan futbolçular müəyyənləşib.

Demokrat.az-in məlumatına görə, "Transfermarkt" portalı millidə çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.

Siyahıya "Qarabağ"ın cinah yarımmüdafiəçisi Nəriman Axundzadə başçılıq edir. Onun hazırkı bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilib. İlk üçlüyü də məhz "Köhlən atlar"ın oyunçuları tamamlayır - 1.5 milyon avro ilə Toral Bayramov və 1.2 milyon avro ilə Elvin Cəfərquluyev.

Siyahı belədir:

Nəriman Axundzadə - 2 milyon avro

Toral Bayramov 1.5 milyon avro

Elvin Cəfərquluyev 1.2 milyon avro

Aleksey Isayev 900 min avro

Sabuhi Abdullazada 900 min avro

Renat Dadashov 900 min avro

Rza Cəfərov 850 min avro

Ramil Şeydayev 800 min avro

Mahir Emreli 800 min avro

Bəhlul Mustafazadə 800 min avro.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top