2025-ci ilin əvvəlindən etibarən Rusiya milyarderlərinin ümumi sərvəti $22,55 milyard artaraq $317,7 milyard dollara çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatlar “Bloomberg Billionaires Index”in ((BBI) son hesabatında yer alıb.
Hazırda dünyanın ən varlı 500 şəxsin siyahısında 22 Rusiya vətəndaşı təmsil olunur. Onların arasında daimi lider mövqeyini “Norilsk Nikel”in sahibi Vladimir Potanin qoruyur. Sərvəti bu il $3,82 milyard artaraq $31,7 milyard dollara çatıb.
Siyahının ikinci pilləsində isə “Lukoil” şirkətinin həmtəsisçisi və sabiq prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov qərarlaşıb. Onun şəxsi sərvəti bu ilin əvvəlindən 561 milyon dollar artaraq $25,9 milyard dollara yüksəlib.
Üçüncü yerdə isə NLMK (Novolipetsk Metallurgiya Kombinatı) şirkətinin əsas benefisiarı Vladimir Lisin qərarlaşıb. Lakin Lisin üçün il o qədər də uğurlu olmayıb. Sərvəti $1,62 milyard azalıb və hazırda $24,2 milyard təşkil edir.
Bu göstəricilər Rusiya biznes elitasının bir hissəsinin, Qərbin sanksiyaları və geosiyasi təzyiqlərə baxmayaraq, böyük kapital artımı ilə üzləşdiyini göstərir. Mütəxəssislər bunun səbəblərini enerji qiymətlərindəki nisbi sabitlik, daxili iqtisadi təkanlar və korporativ restrukturizasiya tədbirlərində görürlər.
Xüsusilə Vahid Ələkbərovun vəziyyəti diqqət çəkir. O, “Lukoil” rəhbərliyindən rəsmi olaraq ayrılsa da, şirkətdəki payı və digər biznes aktivləri vasitəsilə maliyyə gücünü qorumağı və artırmağı bacarıb. Ələkbərov uzun illər ərzində Azərbaycanın da iqtisadi və enerji maraqları ilə müəyyən şəkildə əlaqəli olmuş tanınmış neft maqnatıdır.