"Hazırda təlim-məşq toplanışını bitirmişəm. Yarış gecəsi sizə möhtəşəm performans göstərməyə hazıram".
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) barədə danışarkən deyib.
36 yaşlı idmançı iyunun 21-də təşkil olunacaq yarışa hazırlıqların sürətlə davam etdiyini bildirib. Musayev azarkeşlərə çağırış edib:
"Dəfələrlə xaricdə bayrağımızı qaldırmışam. Bunu yenidən etməyə hazıram. Maraqlı, ən əsası qanlı döyüş izləmək istəyirsinizsə, sizi yarış günü "Bakı Kristal Zalı"nda görməyə şad olaram".
Qeyd edək ki, Tofiq Musayevin rəqibi qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.