Pensiyaların artım faizi AÇIQLANDI

SOSİAL 08 iyun 2025, 11:06
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.

Demokrat.az xəbər evrir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.

2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.

Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyun 2025, 11:27
Top