Gündəm

Hansı deputatlar qurban kəsəcək?

Hansı deputatlar qurban kəsəcək?

Azərbaycanda 6, 7, 8 və 9 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Bu bayramın özəlliyi ondan ibarətdir ki, imkanlı şəxslər, niyyət edən insanlar qurban kəsərəkyoxsullara, maddi imkanı aşağı olan şəxslərə qurban əti paylayırlar. Bəs, deputatlar arasında da qurban kəsən olacaqmı?

Demokrat.az bununla bağlı deputatlar arasında sorğu keçirib.

Deputat Zahid Oruc : “Əlbəttə, kəsəcəyik. Mən də bu bayramı qeyd edirəm. Bayramınız mübarək olsun”.

Hansı deputatlar qurban kəsəcək?

Deputat Ceyhun Məmmədov da qurban kəsməyi planlaşdırır:

Hansı deputatlar qurban kəsəcək?

“Bu artıq bir ənənədir. Hər il bayramdaqurban kəsmişəm. Azərbaycan xalqı bunu bir ənənə olaraq davam etdirir”.

Millət vəkili Naqif Həmzəyev qurban kəsməyəcək.

O, ağac əkməyin tərəfdarı olduğunu deyib.

Hansı deputatlar qurban kəsəcək?

Millət vəkili Müşfiq Cəfərov hər il qurban kəsdiyini bildirib:

Hansı deputatlar qurban kəsəcək?

“Hər kəsin bayramı mübarək olsun. Allah kəsilən qurbanları qəbul etsin”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova