Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilər — XƏBƏRDARLIQ (VİDEO)

SOSİAL 05 iyun 2025, 09:39
Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər.

Demokrat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib.

O bildirib ki, Azərbaycanda uşaqların 75 faizi gündəlik olaraq internetdən istifadə edir. Aparılan  sorğuya əsasən, respondentlərin 67 faizi valideynlərinin internetlə bağlı onlara heç bir məhdudiyyət qoymadığını bildirib. Elgün Səfərovun sözlərinə görə, uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin müxtəlif formalarda qurbanına çevrilə bilərlər.

Elgün Səfərov deyir ki, uşaqların bu təhlükədən qorunmasında qanunvericilikdə boşluqlar var. Qanunvericilik normalarında kibercinayət növlərini əks etdirmək mümkündür. Buna əsasən isə xüsusi məsuliyyət növləri müəyyənləşdirilməlidir. Çünki təkcə fiziki şəxslər yox, hüquqi şəxslər, şirkətlər də sosial şəbəkələrdə xüsusi alqoritmlərlə uşaqların hüquqlarını pozurlar.

Şöbə müdiri bildirib ki, qanunvericiklə yanaşı valideyn məsuliyyəti də uşaqların kibertəhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə vacibdir. Ailələr uşaqların internet resusrlarından istifadəsinə xüsusi nəzarət etməldirlər. Ən azından uşaqların istifadə etdiyi oyunlar, alqoritmlər valideyn tərəfindən açılmış şəxsi hesaba birbaşa bağlantılı olmalıdır ki, hər hansı təhlükədən əvvəlcədən xəbərdar ola bilsinlər.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 iyun 2025, 15:07
06 iyun 2025, 14:55
Top