Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi

HADİSƏ 05 iyun 2025, 09:18
Balakən sakini yaşadığı evi yandırıb.

Demokrat.az xəbər verir ki, hadisə Balakən rayon Qazma kəndində baş verib.

Yanğın yerinə rayonun YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 1970-ci il təvəllüdlü Məmmədov Camal Hidayət oğluna məxsus ümumi sahəsi 264 k/m olan 7 otaqdan ibarət olan yaşayış evi tamamilə yanıb. 

Məlumata görə, evi ev sahibi C. Məmmədov özü yandırıb və daha sonra isə odlu silahla özünə xəsarət yetirib.

O, təcili tibbi yardım avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 iyun 2025, 15:07
06 iyun 2025, 14:55
Top