"Müharibə aparan ölkələr arasında vaxtaşırı birinin digərinə sarsıdıcı zərbələr endirməsi dünya təcrübəsidir. Bir qayda olaraq, hər iki tərəf düşməni zəiflətməyə, zəif nöqtəsini tapmağa çalışır. Son günlər Ukrayna Rusiyanın təyyarə parkının bir hissəsini məhv etdi. Rusiya isə ötən həftə 200 kv. kilometr ərazini əhatə edən 18 kəndi nəzarətə götürdü. Görünən budur ki, tərəflər bir-birini gücdən salmağa çalışırlar".
Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, belə davam etsə, danışıqlar baş tutmasa, dünya bu iki ölkəni danışıqlara təkid etməsə, hərbi münaqişə onilliklərlə davam edə bilər:

"Rusiyanın resursları çoxdur, Ukraynaya Avropa və ABŞ ciddi yardım edir. Amma burada zərər çəkən sadə insanlardır, yüzminlərlə ukraynalı və rus həlak olub və əksəriyyəti gənclərdir.
Tərəflər yalnız diplomatik yolla münaqişəni həll edə bilərlər. Ümid edirəm ki, İstanbulda keçirilən görüşlər daha geniş məsələləri əhatə edəcək və iki qardaş xalq arasında sülh yaranacaq".
Cavidan Mirzəzadə
Demokrat.az