ADY Bakı Ekspo Mərkəzində keçirilən sərgidə xüsusi stendlə təmsil olunur — FOTOLAR

BİZNES 03 iyun 2025, 17:51
AZCON Holding-in şirkətlərindən olan ADY Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.

İyunun 4-dək davam edəcək sərgidə stendimizə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.

Sərgidə ziyarətçilər pavilyonumuza böyük maraq göstərir.

Hər birinizi stendimizdə görməkdən şad olarıq, sərgini ziyarət etməyə tələsin!















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top