Deputat Ceyhun Məmmədov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib ki, bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, ailə institutunun güclənməsi üçün ciddi addımlar atılmalıdır.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, Azərbaycanda boşanma statistikasının bu qədər artması, yəni nikahların yarısının boşanma ilə nəticələnməsi cəmiyyət üçün həm sosial, həm də mənəvi baxımdan çox ciddi siqnaldır:

“Səbəblərin böyük əksəriyyəti iqtisadi yox, məhz psixoloji və mənəvi uyğunsuzluqlardır. Ailə qurmaq qədər onu qorumaq da məsuliyyət tələb edir. İndi gənclər arasında səbr azdır, qarşılıqlı anlayış zəifdir, münasibətlərdə bəzən çox kiçik anlaşılmazlıq böyük böhran yaradır. Televiziyalarda və sosial şəbəkələrdə maarifləndirici proqramlar, psixoloqla müsahibələr, real həyat nümunələri paylaşılmalıdır. Ailə dəyərlərini, sədaqəti, hörməti, qarşılıqlı anlayışı tərənnüm edən seriallar çəkilməlidir. Nikaha daxil olmadan əvvəl psixoloji və mənəvi hazırlıq təlimləri keçirilməlidir. Ailə psixoloqlarının fəaliyyəti daha əlçatan və populyar olmalıdır. Eyni zamanda, medianın və cəmiyyətin "xoşbəxt ailə" modelini təbliğ etməyi lazımdır. Real həyatda möhkəm, sevgi dolu, uzunömürlü ailələr var və onlar da görünən olmalıdır. Belə bir yanaşma həm mövcud ailələri qoruyar, həm də yeni ailə quran gənclər üçün doğru örnəklər yaradar”.
Leyla Turan
Demokrat.az