"Azercell" öz qiymətlərini əhaliyə sırıyır" — AÇIQLAMA

GÜNDƏM 03 iyun 2025, 15:07
"Azercell"in tətbiq etdiyi sistem dünya təcrübəsində yoxdur".

Bunu Demokrat.az-a açıqlamasında tanımış vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, ümumən burada qanun pozuntusu yoxdur:



"Azercell" kommersiya şirkəti olaraq qiyməti qaldıra bilər. Amma dünya təcrübəsində belə bir şey yoxdur ki, vurulan balansa görə nömrə 1 gün açıq qalsın. Adətən aylarla olur. Ola bilər haradasa var, amma bu, geniş yayılmış təcrübə deyil. Bu baxımdan təəccüb doğurur.

Aydındır, çox pul qazanmaq istəyirlər. Sadəcə, məsələnin iqtisadi, sosial və mənəvi tərəfi var. Güclü rəqabət olmayan bir sahə olduğu üçün öz qiymətlərini əhaliyə sırıyırlar".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 09:22
Top