Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nicata xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 15 noyabr 2024-cü ildə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində baş verib.
Ağdaş rayon sakini Əfqan qəsəbədə yerləşən “Qızlar bulağı” kimi tanınan kafenin arxa tərəfindəki ağaclıq ərazidə Nicatla mübahisə edib.
Onların mübahisə etməsinə səbəb “Qızlar bulağı” kimi tanınan kafedə musiqi sifarişi yerinəyetirmədiyinə görə baş verib. Mübahisə zamanı Əfqan Nicatı döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 15-də, saat 11-12 radələrində “Qızlar bulağı” restoranında olan zaman Nicat ona yaxınlaşaraq musiqi qoşmasını istəyib: “Mən də ona bir az gözləməsini dedim. Buna görə aramızda mübahisə yarandı. Nicat məni çölə, obyektin arxasına çağırdı. Orada Nicat mənə əl-atdığından mən də onun alnından yumruq zərbəsi ilə və daşla vurdum. Daha sonra aralaşdıq və Nicat getdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nicatın sözlərinə görə, noyabrın 14-dən 15-nə keçən gecə, saat 12 radələrində xalası oğlu ilə Sumqayıt şəhərinin çıxışında yerləşən kafeyə gediblər: “Orada musiqi sifariş etdik, oynadıq. Daha sonra musiqiyə görə aramızda mübahisə yarandı. İçəri səs-küy olduğundan mən danışmaq üçün Əfqanı çölə çağırdım. Söhbət edən zaman Əfqan sol əli ilə sifətimin sol nahiyəsinə yumruq vurdu. Eyni zamanda daşla başıma zərbə endirdi. Başımdan qan çox axdığına görə qışqırdım, Əfqan da qaçdı. Daha sonra xalamoğlu gəldim. Biz oradan getdik. Qohumum Azərə məlumat verdim. Azər məni xəstəxanaya apardı”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, zərərçəkmişlə təqsirləndirilən şəxs barışıb, zərərçəkmiş şəxs ondan şikayəti deyil.
Hakim hökm çıxaran zaman bu halı nəzərə alıb. Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az