Ağakərimin səhhəti necədir? — "Ümid yeri qalmayıb"

ŞOU-BİZNES 03 iyun 2025, 12:18
Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, bu barədə meyxanaçı "Afaqla 10lar" verilişinə müsahibəsində danışıb.

"Kərim uzanıb qalıb. Otura, dura, gəzə, demək olar danışa bilmir, yaxşı başa düşmür. Ümid ancaq Allahadır. Ümid yeri qalmayıb. 10-15 dəfə deyirəm, "Kərim, salam. Ağamirzədir". Ondan sonra başı ilə işarə edir ki, bildim. Bizim söhbətimiz bununla da qurtardı. Allah bütün xəstələrə kömək olsun. Kərim də onların içində" deyə, o bildirib. 

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

 

DİGƏR XƏBƏRLƏR

Top