Aysel Teymurzadə sülh səfiri ilə bir arada — FOTO

ŞOU-BİZNES 04 iyun 2025, 16:44
Müğənni Aysel Teymurzadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Demokrat.az xəbər verir ki, o şəxsi instaqram hesabında beynəlxalq səviyyədə tanınan sülh səfiri Qurudev Şri Şri Ravi Şankarla fotosunu paylaşıb. 

Şəkil tədbirlərdən birində lentə alınıb.

Ayselin sosial şəbəkə izləyiciləri ilə bölüşdüyü foto çox bəyənilib. Qısa müddətdə paylaşıma böyük reaksiya gəlib. 

Məlumat üçün bildirək ki, Qurudev Şri Şri Ravi Şankar beynəlxalq səviyyədə tanınan sülh səfiridir.

O layihələri ilə insanları stressdən və zorakılıqdan uzaqlaşdıraraq azad cəmiyyətə təşviq edir. Dünyada milyonlarla insanı ruhlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top