Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başladılar

DÜNYA 25 noy 2019, 23:29

Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.

 

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar. Aksiya iştirakçılarının bir qismi gecəni parlament qarşısında keçirəcək. Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Onun sözlərinə görə, Gürcü Arzusu Partiyası insanları aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq. Polis qanunverici orqanın bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasınıbloklayacağı gözlənilir.


Etirazçılar çadırda gecələyəcəklərini bildiriblər. Aksiyaçılar qeyd ediblər ki, sabah deputatları parlamentə buraxmayacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top