Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib

SİYASƏT 02 iyun 2025, 16:05
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklə əlaqə bəzi qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcək.

Həmçinin müvafiq Fərmanla bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq.

Fərmana əsasən, Nazirlər Kabineit bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top