İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub

SİYASƏT 02 iyun 2025, 13:37
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mutaz Muhi Əbdülhəmid AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşən qonaq müəllifi olduğu kitabı MEK-də fəaliyyət göstərən İraq-Türkman ədəbiyyatı kitabxanası guşəsinə hədiyyə edib.

Görüş zamanı Hüseyn Hüseynov İraq-Türkman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət bu guşə barədə ətraflı məlumat verib. Direktor ötən il yaradılmış bu bölmədə Kərkük mənşəli yazıçılar Kamal Bəyatlı, Pakizə Süleyman, Nejdət Koçağ, Mahmut Kasapoğlu və digər müəlliflərin əsərlərinin yer aldığını xüsusi qeyd edib.

Doktor Mutaz Muhi Əbdülhəmid isə Mərkəzi Elmi Kitabxanada yaradılan bu guşəni yüksək qiymətləndirib və təşəkkürünü bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top