Koronavirus (COVID-19) epidemiyası yenidən alovlanmağa başlayıb. Bu dəfə epidemiyanın ocağı Hindistandır, xəstəlik Hindistanda sürətlə yayılmaqdadır. Bu ölkədə yoluxmaların sayı bir həftə ərzində 257-dən 1010-a yüksəlib.
Məlumat üçün bildirək ki, Hindistanda COVID-19-un məhz iki yeni alt variantı - NB.1.8.1 və LF.7 aşkarlanıb. Hələlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları diqqətlə müşahidə edir. İlkin qənaətlər yeni halların əksəriyyətində simptomların yüngül xarakter daşıdığını göstərir.
Azərbaycanda karantin rejiminin hələ də bitmədiyini nəzərə alsaq, ölkəmizdə virusun yayılma ehtimalı varmı?
Bu barədə Bizim.Media-ya danışan həkim-infeksionist Lalə Qasımova bildirir ki, ümumiyyətlə bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq dəyişir:
“Adətən COVID-19 da daxil olmaqla, respirator xəstəliklər soyuq aylarda daha aktiv olur. Çünki yay aylarında havanın isti və rütubətli olması virusun yayılmasını çətinləşdirir. Amma bu, koronavirusun artma ehtimalının tamamilə istisna olunması demək deyil. Belə ki, virusun yeni növləri aşkarlanarsa, yenidən özünü büruzə verə bilər”.
Mütəxəssis deyir ki, Azərbaycanda belə bir hal qeydə alınmasa da, gigiyena qaydalarına riayət etməkdə həmişə fayda var:
“İstənilən tip respirator xəstəliklərə qapalı məkanlarda, xüsusən də kondisioner və ventilyator olan otaqlarda yoluxma riski çoxdur. Nəzərə alsaq ki, yayda insanlar tədbirlər, məclislər keçirməyə daha həvəsli olurlar. Açıq havada isti olduğu üçün sərin, qapalı yerlərə üstünlük verirlər. Sosial təmaslar çoxalır, bu da virusun yayılmasına zəmin yaradır”.
Həkim vurğulayır ki, xüsusən həssas qrupdan olan vətəndaşlar, yəni immuniteti zəif insanlar, yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar risk qrupunda olduğu üçün özlərini qorumalıdırlar”.