“Bu ittifaqın dərinləşməsi, əməkdaşlıq platformalarının genişlənməsi gələcəkdə Cənubi Qafqazdan Cənubi Asiyaya qədər olan geosiyasi məkanda mühüm dəyişikliklərə yol aça bilər. Bu qardaşlıq daha da möhkəmlənərək sabitlik və inkişafın dayağı ola bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, Türkiyə və Pakistan liderlərinin 28 May – Respublika Günü münasibətilə Azərbaycana ziyarəti olduqca əlamətdar və siyasi baxımdan simvolik hadisədir:
“Bu ziyarət üç qardaş ölkə arasında dərin dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyin bariz nümunəsidir. Azərbaycanın müstəqillik günündə baş tutan bu səfər göstərdi ki, Türkiyə və Pakistan Azərbaycanın sevincini bölüşür, onun dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizədə daim yanında olub və olmağa da davam edəcək. Azərbaycan xalqı da bu münasibətə qarşılıqlı olaraq böyük rəğbət bəsləyir. Xüsusilə Vətən müharibəsi zamanı xalqımız həm Türkiyə, həm də Pakistanın dəstəyini dərindən hiss etdi. Həmin dövrdə meydanlarda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalanırdı. Bu, sadəcə diplomatik yox, xalq səviyyəsində birliyin, qardaşlığın göstəricisidir. Pakistanla bağlı digər bölgələrdə, məsələn Hindistanla gərginlik fonunda da, Azərbaycan cəmiyyətinin sosial şəbəkələrdə Pakistana verdiyi mənəvi dəstək onu göstərdi ki, bu münasibət yalnız siyasi elitalarla məhdudlaşmır, dərin ictimai köklərə malikdir”.
Politoloq əlavə edib ki, Türkiyə də tarixən Azərbaycanın yanındadır:
“Sevinclərimiz və kədərlərimiz bir olub, bu birliyi hər bir azərbaycanlı dərinlə hiss edir. Laçında keçirilən tədbirdə bu üç ölkənin nümayəndələrinin birgə iştirakı isə beynəlxalq səviyyədə çox güclü bir mesaj idi. Bu mesaj təkcə Ermənistana deyil, həm də regionda maraqları olan digər güc mərkəzlərinə – o cümlədən Hindistan, ABŞ və Qərb dövlətlərinə ünvanlanmışdı: Azərbaycan, Türkiyə və Pakistan tək deyil, onlar birlikdə güclü bir geosiyasi platforma formalaşdırır. Pakistanın Baş naziri Şahbaz Şərifin “Biz xoşbəxtik ki, sizin kimi qardaşlarımız var” fikri bu münasibətin dərinliyini ifadə etdi. Prezident İlham Əliyevin də bu tarixi gündə açılış mərasimlərini bu qədər yüksək səviyyəli siyasi fonla təşkil etməsi, bu tədbiri təkcə texniki yox, strateji və mesajverici bir akt kimi təqdim etməsi olduqca önəmli idi”.
Leyla Turan
Demokrat.az