Sosioloq: "Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır"

GÜNDƏM 29 may 2025, 15:20
2025-ci ilin birinci rübünə aid olan məlumata əsasən, Azərbaycanın bəzi rayon və şəhərlərində boşanma sayı nikah sayına yaxın olub. Hətta bir şəhərdə boşanmaların sayı daha çox olub.  Şahbuz rayonunda 11 nikah və 11 boşanma qeydə alınıb. Bu rayonda bir nikaha bir boşanma faktı düşüb. Naftalan şəhərində isə boşanma sayı nikah sayından çox olub. Bu şəhərdə 3 ay ərzində 9 nikah olduğu halda 12 boşanma qeydə alınıb.  Ümumilikdə, son illərdə Azərbaycanda nikah sayı ilə boşanma sayı arasındakı kəskin fərq tədricən aradan qalxır. Bunu bəzi rayon və şəhərlərə aid olan statistik məlumatlardan da görmək olar. 

Məsələn, Binəqədi rayonunda 266 nikaha 207 boşanma, Nəsimi rayonunda 162 nikaha 120 boşanma, Naxçıvan şəhərində 73 nikaha 52 boşanma, Balakən rayonunda 70 nikaha 42 boşanma olub.

Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib ki,  müasirlik adı altında ailə ikinci plana keçdi:

“Ailə yalnız mənəvi dəyərlər üzrə qurulur. Nə zaman ki ailə maddi dəyərlərə keçdi, bu zaman ailələr dağılmağa başladı. Gənclərdən soruşanda hədəfin nədir? Onlar gəzmək, karyera düşünürlər. Bu da cəmiyyətin məhvi deməkdir. Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır. Yoxsul ölkələrdə boşanma sayı olduqca azdır. Ən yüksək boşanma sayı zəngin ölkələrdədir. Bu da onu göstərir ki, ailə maddiyyat üzərində qurulub. Bir sözlə, mənəviyyat boşanmada ciddi rol oynayır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top