İctimai nəqliyyatda olan hadisələrə necə reaksiya verək? — AÇIQLAMA

SOSİAL 27 may 2025, 17:44
"Avtobuslarda baş verən xoşagəlmız hadisələr ictimai nəqliyyatda olan körpə uşaqlarda travma yarada, zərər verə bilər. Məsələn, əlində bıçaqla avtobusa daxil olan qadını oradaki kişilər zərərsizləşdirməli idi. İnsanlar düşünür ki, onlara hansısa hadisədə zərər gəlməyibsə, bu, hər zaman belə olacaq"

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

O bildirib ki, bu gün ictimai nəqliyyatda biz, sabah hansısa yaxın qohumumuz, tanışımız ola bilər:

"İctimai nəqliyyatda problem çıxaran psixoloji problemləri olan şəxslərə ailə üzvləri, yaxınları daha tədbirli yanaşmalıdır. Şəxsin heç kimi yoxdursa, xəstəxanada olmalıdır. Bu cür hadisələr ictimailəşdikdən sonra cəza tədbirləri də alınsa, çox daha faydalı olar. İnsanlar özlərinə zərər dəyməsə belə, həmin şəxsi aidiyyatı qurumlara təhvil vermək üçün çalışmalıdırlar.

İctimai nəqliyyatda dava-dalaşdan çox, hər kəsin video çəkmək həvəsi insanı təəccübləndirir. Məsələn, atasının qızını avtobusda döydüyü video yayıldı. Daha sonra nə oldu, qızın aqibəti haqqında məlumat paylaşılmadı. Bunlarla maraqlansaq, cəmiyyətimiz daha yaşanacaq və daha təhlükəsiz bir yer halını alar".

Qeyd edək ki, son günlərdə ictimai nəqliyyatda olan dava-dalaş halları sosial şəbəkələrdə trend olmağa başlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top