"Terrorizmlə mübarizədə Azərbaycanla sıx əməkdaşlıq edirik" — Zaxarova

DÜNYA 27 may 2025, 14:59
"Ölkəmiz regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün Transqafqazlı tərəfdaşları ilə fəal dialoq aparır. Biz terrorizmlə mübarizədə Azərbaycan, Ermənistan, Abxaziya və Cənubi Osetiya ilə sıx əməkdaşlıq edirik". 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 27-də keçirdiyi brifinqdə deyib.

"Müvafiq hüquqi-müqavilə bazası yaradılıb və formalaşdırılıb, ölkələrimizin hüquq-mühafizə orqanları ilə xüsusi xidmət orqanları arasında əməkdaşlıq kanalları səmərəli fəaliyyət göstərir. Ona görə də biz həm qarşılıqlı maraqlardan çıxış edərək, həm də bunun üçün səy və imkanların birləşdirilməsi zərurətini nəzərə alaraq antiterror istiqamətində bu işi gücləndiririk", - diplomat qeyd edib. (Unikal)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top