Bir gecədə qərar verildi: "Oktyabrda verilməli olan qərar indi açıqlanır"

SİYASƏT 27 may 2025, 14:21
"Lisey və gimnaziyalara qəbul üçün imtahanlar 3 ildir ki, mərkəzləşdirilib. Məsələn, topladığı bala görə fizika-riyaziyyat təmayüllü liseydə oxumaq istəyən humantar təmayüllü gimnaziyaya göndərilir və ya tam əksi olur. Bu, çox absurddur"

Bu sözləri Demokrat.az-a açıqlmasında təhsil eksperti Elşən Qafarov deyib. 

O bildirib ki, onlardan biri də məhz elə bu gün verilən qərardır:

"Şagirdlər 4 cü sinifdən hazırlaşmağa başlayıblar ki, 5-ci sinfə qəbul var. Sənəd qəbuluna 20 gün qalmış elan olunur ki, qəbul olmayacaq. Bir gecədə qərar qəbul edib, sabah  açıqlayırlar. Məsələnin nəticələrini, təsirlərini ölçmürlər. Uşaqlar dərslərlə yanaşı gərgin repetitor hazırlığı da aparıb. Nəzərə almaq lazımdır ki, uşaqların cəmi 10 yaşı var. Belə bir qərar ən gec oktyabr, noyabr ayından elan edilməli idi.  Bu cür qərarları eşidəndə artıq təəccüblənmirəm. Haqqı tapdalanan 10 yaşlı uşaq da, müəllim də, valideyn də, hətta təhsil sistemində işləyən şəxslər belə başa düşür ki, bu gün təhsil sahəsində ciddi problemlər var.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top