"Qəbristanlıqlar həmin ərazidə yerləşən bələdiyyələrin nəzarətindədir, ancaq istisna hallar da var. Hazırda qəbir yerləri ilə bağlı problemlər yaşanmaqdadır. Deputatı olduğum ərazidə bir neçə qəsəbədə bu problem var. Problemlə bağlı müraciətlərimiz olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, yerlərin olmaması ilə bağlı olaraq insanlar çox uzaq məkanlara üz tutmağa məcbur olurlar:
"Bəzi işbazlar bu fürsətdən yararlanaraq özlərinin təyin etdiyi bəlli məbləğ müqabilində yerləri satırlar. İmkanı olmayanlar böyük məbləğ qarşılığında yerləri ala bilmir, narazılıq yaranır. Bu cür işbazların qarşısı alınmalıdır. Onlar fürsətdən istifadə edərək insanları çətin duruma salır, belə hallardan alver aləti kimi istifadə olunur. Qəbir yerlərini satanlara qarşı hansısa formada tədbir həyata keçirilməlidir. Məsələ hər kəsin diqqətində olmalıdır. Biz dəfələrlə yerli qurumlara, bələdiyyələrə diqqətli olmağı tövsiyə etmişik".
Qeyd edək ki, Bakıda qəbir üçüb yerlərdən birinin 100.000 manata satışa çıxarılması böyük ictimai qınaq doğurub.
Əfsanə Kamal
Demokrat.az