Arvadı Makronu buna görə şillələyib — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 26 may 2025, 14:04
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron arasında Vyetnamın paytaxtı Hanoya eniş etdikdən dərhal sonra mübahisə yaşanıb. Bu barədə prezidentin yaxın dostlarından biri məlumat  yayıb.  

Mənbənin verdiyi informasiyaya görə, mübahisə sadəcə şəxsi xarakter daşıyıb və ciddi bir hadisə kimi qiymətləndirilməməlidir. Brijit Makronun prezidentə əl uzatmaqdan imtina etməsi və daha sonra ona yüngül sillə vurması ilə bağlı yayılan video görüntülərin gerçəkliyini isə Yelisey sarayı özü də təsdiqləyib.

Demokrat.az  xəbər verir ki, bu barədə informasiyanı Fransanın tanınmış “RMC BFM” radiostansiyası yayıb.
 
Yelisey sarayının nümayəndələri bildirib ki, cütlük arasında bəzən yaşanan şəxsi anlaşılmazlıqlar onların münasibətlərinin səmimiliyinin və yaxınlığının göstəricisidir.

Bu hadisənin dövlət səfərinin gündəliyinə və rəsmi görüşlərə heç bir təsiri olmadığı vurğulanıb.

Qeyd edək ki, Emmanuel Makron hazırda Vyetnamda rəsmi səfərdədir və bu, onun prezident seçildikdən sonra Hanoya ilk səfəridir. Səfər zamanı o, Prezident Lıonq Kyonq ilə görüş keçirib, Ho Şi Minin məqbərəsini ziyarət edib və Fransa ilə Vyetnam arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafına dair danışıqlar aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top