Xəbər verdiyimiz kimi, Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin META-ya şikayəti əsasında Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan iki “Facebook” səhifəsi bağlanıb.
Azərbaycan Rusiyada eyni fəaliyyəti keçirmədiyi halda, Moskvanın bu cür addımlar atmaqda niyyəti nədir?
Mövzu ilə bağlı Demokrat.az-a danışan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Rusiya imperiyanı bərpa etmək istəyindən vaz keçə bilmir:
“Bunu ya açıq müharibə şəklində həyata keçirir – məsələn, Ukraynada. Yaxud da gizli, hazırlıq məqsədi güdən təxribatlarını keçmiş imperiyadakı ölkələrə qarşı davam etdirir. Çox təəssüf ki, bu istəklərdən vaz keçə bilmir. Biz hər şeyə hazır olmalıyıq. Mən Rusiyadan Qazaxıstana, Özbəkistana, Gürcüstana, Azərbaycana qarşı müsbət bir şey gözləmirəm”.
Cavidan Mirzəzadə
Demokrat.az