İxtisas seçimində diqqətli olun: Bu ixtisaslar köhnəlmiş hesab edilir — AÇIQLAMA

SOSİAL 21 may 2025, 17:29
"Universitetlərdə hansı ixtisasların dəyişdirilməsi lazım olduğunu Akkreditasiya Mərkəzinin sənədlərinə əsasən aparmaq lazımdır. Həmin idarə universitetlərə daxili monitorinq üçün tələblər qoyur. Tələblərə əsasən universitetlər ixtisasların sillabuslarının, kurikulumlarının beynəlxalq arenada bənzər adlı ixtisaslarla oxşar olub-olmadığına baxırlar. Mövzular, dərsliklər dünyadakı bənzərləri ilə səsləşməlidir. Bunların hər biri nəzərə alınmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov deyib. 

O bildirib ki, Baloniya prosesi kreditlərin tanınması, ixtisasların bir-birilə ahəngdarlığını əhatə edirdi:

"Baloniya prosesi aktuallığını itirsə də, məqsəd olduğu kimi qalmalıdır. Biz çalışmalıyıq ki, universitetlərimizdə ixtisaslar dünyadakı eyni adlı ixtisaslarla səsləşsin".

Ekspertin sözlərinə görə, köhnəlmiş ixtisaslara nəzər yetirdikdə onların əsasən humanitar ixtisaslar olduğunu görürük:

"Kitanxanaçılıq, muzeyşünaslıq kimi ixtisasların kurikulumları çox köhnədir, zəmanə ilə ayaqlaşmır. Fəlsəfə kimi birbaşa müəllim ola bilmədiyimiz, cəmiyyətdə qarşılığı peşə olaraq görülməyən ixtisaslar aktuallığını itirib. Dəqiq fənnlərdən isə astoronomiya kimi ixtisasların cəmiyyətdə peşə qarşılığı yoxdur. 

Pedaqoji fakultələrdə belə əgər tələbələrə müasir yanaşmaları, təlim texnologiyalarını (STEAM) öyrətmiriksə, onlar da dövrün ehtiyacına cavab vermir. 

Mədəniyyətşünaslıq, incəsənətlə bağlı digər ixtisaslar da var ki, məzmunları köhnəlmiş mühazirə vərəqlərindən ibarətdir. Jurnalistika, hüquqşünaslıq, pedaqoji ixtisaslar yenilənməlidir. Universitetlərimizə gen mühəndisliyi, rəqəmsal marketinq, logistika və təşkilat zənciri kimi ixtisaslar gətirilib. Süni intellekt kimi ixtisasların da universitetlərimizdə görünməyinə artıq ehtiyac var".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top