Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə demoqrafik problem rəsmi səviyyədə də etiraf olunur və əhalinin sayında azalma müşahidə edilir:
“Bu səbəbdən, vəziyyəti yaxşılaşdırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. Problem təkcə səhiyyə və sağlamlıqla deyil, eyni zamanda sosial amillərlə də bağlıdır.
Məsələn, son dövrlərdə müşahidə olunur ki, insanların bir qismi 30-35, hətta 40 yaşında belə evlənmirlər. Bunun səbəbi yalnız maddi çətinliklər deyil. Bəzən təhsil səviyyəsi və ya ailənin imkanları yüksək olsa da, insanlar uyğun həyat yoldaşı tapa bilmirlər.
Bəzi hallarda isə maddi durumun yaxşılaşmasını gözləyərək evlənmə qərarını təxirə salırlar. Şadlıq evləri ilə aparılan söhbətlərdən də görünür ki, əvvəlcədən toy üçün yer sifariş edənlərin təxminən yarısı sonradan bu sifarişi ləğv edir”.
Deputat qeyd edib ki, səbəb münasibətlərin davam etməməsi, nişanların pozulması və ailə qurmaq qərarının dəyişməsidir:
“Müasir dövrdə sosial şəbəkələr, mobil rabitə və internetin geniş yayılması da münasibətlərin daha tez pozulmasına, bəzi detallara həddindən artıq fokuslanmağa səbəb olur. Bütün bu amillər ailə institutunun zəifləməsinə, gec evlənməyə və nəticədə doğum sayının azalmasına gətirib çıxarır. Bu isə demoqrafik problemin əsas səbəblərindən biridir. Beləliklə, məsələ kompleks şəkildə yanaşma tələb edir və ailə qurmaq məsələsinə xüsusi önəm verilməlidir”.
Leyla Turan
Demokrat.az