İstanbul bələdiyyəsində növbəti əməliyyat — 22 nəfər TUTULDU

DÜNYA 20 may 2025, 12:02
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan KORRUPSİYA istintaqı çərçivəsində üçüncü əməliyyat dalğası həyata keçirilib.

Demokrat.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində 22 nəfər tutulub.

Saxlanılan şəxslər arasında İBB əməkdaşları, şirkət nümayəndələri və şirkət işçiləri var. Onlar barəsində həbs, axtarış və əmlaka həbs qoyulması qərarı çıxarılıb.

İstintaq materiallarına görə, əməliyyatın mərkəzində dayanan şəxs Taner Çetin adlı iş adamıdır. Onun İstanbul bələdiyyəsinin həbsdə olan sədri Ekrəm İmamoğlunun Beylikdüzü Bələdiyyəsinin sədri olduğu dövrdən bu yana yaxın çevrəsində olduğu, sonradan Medya A.Ş. və Kültür A.Ş. şirkətlərində fəaliyyət göstərdiyi bildirilir.

Maliyyə Cinayətlərini Araşdırma İdarəsinin (MASAK) hesabatına əsasən, Taner Çetin dövlət satınalmalarında yaxın şirkətlərə tenderlər təşkil edib, bu şirkətlərdən isə rüşvət qarşılığında şəxsi mənfəətlər əldə edib. Həmin pullarla daşınmaz əmlak və digər qiymətli aktivlər aldığı müəyyən olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top