“2025-ci il ilk Ana Qanunumuzun 30-cu, Böyük Zəfərimizin 5-ci ildönümünü ifadə edən “Konstitusiya və Suverenlik ili” olmaqla yanaşı, həm də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlamətdar zaman kəsiyidir. Bu mühüm tarixi hadisə ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam yalnız yubiley tədbirlərinin təşkili məqsədi daşımır, eyni zamanda dövlətimizin başçısının sərəncamı milli mətbuatın tarixə söykənən təməlləri üzərində gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji sənəd kimi qiymətləndirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti təkcə bir mətbuat orqanı deyil, milli şüurun, maarifçiliyin, ictimai düşüncənin oyanış platforması rolunu oynayıb:
“Sonrakı mərhələlərdə "Molla Nəsrəddin", "Füyuzat", "İrşad" kimi nəşrlər də bu missiyanı davam etdirib. Bu gün 150 illik tarixə sahib olan Azərbaycan mətbuatı müasir dövrdə də cəmiyyətin inkişafında, milli maraqların müdafiə olunmasında mühüm rol oynamağa davam edir.Tarixi yubileyin dövlət səviyyəsində qeyd olunması bir tərəfdən bu zəngin irsə verilən yüksək dəyəri, digər tərəfdən isə informasiya cəmiyyətində medianın artan əhəmiyyətini göstərir”.
Elçin Mirzəbəyli qeyd edib ki, Prezidentin imzaladığı sərəncam həm də mətbuatın demokratik cəmiyyətlər üçün vazkeçilməz rolunu bir daha ön plana çıxarır:
“Azad söz, fikir və məlumat alma azadlığı müasir dövlətçilik üçün həyati önəm daşıyır. Lakin bu azadlıq peşəkarlıq, obyektivlik və etik davranış prinsipləri ilə möhkəmləndirilməlidir.
Hazırkı mərhələdə medianın inkişafı həm hüquqi tənzimləmələr, həm də cəmiyyətin medianı düzgün qəbul etməsi ilə sıx bağlıdır. Sərəncamdan irəli gələn vəzifələr məhz bu balansı təmin edəcək sistemli yanaşmaların zəruriliyini önə çıxarır. Azərbaycan mediası bu gün təkcə informasiya istehsalçısı deyil, eyni zamanda ictimai dəyərlərin formalaşdırıcısı və milli təhlükəsizliyin informasiya sütunlarından biridir”.
Millət vəkili son olaraq qeyd edib ki, Prezidentin Milli Mətbuatın 150 illiyi ilə bağlı sərəncamı təkcə tarixə hörmətin nümunəsi deyil, həm də gələcəyə məsuliyyətli baxışın formalaşmasına xidmət edən mühüm sənəddir. Azərbaycan mətbuatı geridə qalan 150 ildə ictimai rəyə ayna tutub, indi isə onun güzgüsü gələcəyi də göstərməlidir.
Cavidan Mirzəzadə
Demokrat.az