Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik müqaviləsini ratifikasiya edib

DÜNYA 20 may 2025, 09:13
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib.

Demokrat.az bu barədə Özbəkistan KİV-ə istinadən məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ilin 24 avqustunda Daşkənddə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"yə imza atıblar.

Müttəfiqlik haqqında müqavilə iki ölkə arasında nəqliyyat, rabitə, enerji və digər infrastruktur layihələrinin, o cümlədən çoxtərəfli formatda həyata keçirilməsi yolu ilə iki ölkə arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin zəruriliyini nəzərdə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2025, 15:42
Top