SOCAR-dan Sumqayıtdakı partlayışla bağlı açıqlama

GÜNDƏM 20 may 2025, 15:26
20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə APA-ya SOCAR-dan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib. “Hadisənin başvermə səbəbi araşdırılır”, – məlumatda qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyun 2025, 18:19
Top