Məşhur futbolçunun evi qarət edildi

İDMAN 19 may 2025, 13:42
"Lion"un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.

Demokrat.az xəbər verir ki, hadisə Fransa çempionatının 34-cü turunun "Anje" ilə oyunu (2:0) zamanı olub.

Oğurluq oyun başlayandan yarım saat sonra baş verib.

Qarəti iki şəxs törədib. Onlar evdən qızıl-zinət əşyaları və pul oğurlayıblar. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis faktla bağlı araşdırmalara başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top