Mahir hansı kluba keçir? — Özü danışdı

İDMAN 19 may 2025, 12:09
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunu tərk edib. 28 yaşlı futbolçu dünən bu komanda ilə meydana çıxdığı 2-ci bundesliqanın 34-cü turunun "Ayntraxt Braunşvayq”la səfər matçında (4:1) əla oyun göstərərək 3 qol vurub.

Emreli oyundan sonra kövrək hisslərlə danışıb: “Təbii ki, bu mərhələnin başa çatması təəssüf doğurur. “Nürnberq” karyeramda qısa, lakin çox gözəl bir dövr oldu. Bu şəkildə vida edə bildiyimə görə sevinirəm”.

Klub artıq Mahirin “Nürnberq”dən ayrıldığını rəsmən açıqlayıb. Onun bitmək üzrə olan müqaviləsi uzadılmayacaq. Lakin “Bild” nəşrinin yazdığına görə, hücumçu Almaniyada qalmaq istəyir.

Emreli özü isə oyundan sonra gələcək planları barədə danışarkən bildirib: “Mən menecerimə dedim ki, mövsümün sonuna qədər məni rahat buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Mənim üçün vacib olan son günə qədər bütün diqqətimi yalnız “Nürnberq”ə yönəltmək idi”.

“BILD”in məlumatına görə, azərbaycanlı hücumçuya 2-ci Bundesliqa klublarından biri olan “Kayzerslautern” də maraq göstərir. Ən azı bir Bundesliqa klubu da Emrelini transfer etmək barədə düşünür. (QOL.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top