Qəzada ölən Əşrəf tələbə imiş — FOTO

HADİSƏ 19 may 2025, 16:03
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nəsimi rayonunda "Toyota Prius C" markalı avtomobil mopedlə toqquşub.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində mopeddə olan sərnişin Əşrəf Mirzəyev aldığı müxtəlif dərəcəli xəsarətlərdən sonra xəstəxanada ölüb.

.Sosial şəbəkələrdə fotosu yayılan Ə.Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub.

Məlumata görə, o, bir neçə il əvvəl atasını da itirib.

Yaxınlarının dediyinə görə, Əşrəf ali təhsil müəssisəsini bitirib iyul ayında əsgər gedəcəkdi. O, hərbi xidmətdən sonra işləməyi, ailəsinə dəstək olmağı planlaşdırırdı.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top