"Professorların maaşı 1 000 manata yaxındır. Bu maaşla heç bir alim ailə dolandıra bilməz".
Bu barədə Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov "AzPolitika"ya açıqlamasında bildirib.
Misir Mərdanov əməkhaqqı məsələsinin elm və təhsil sahəsində ən ciddi problemlərdən biri olduğunu vurğulayıb. O, əməkhaqqı ilə bağlı vəziyyəti belə izah edib:
"Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı isə 600-900 manat arasında dəyişir. Professorların maaşı 1 000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz. Ona görə də, onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyi son bir ildə mühüm bir addım ataraq, alimlərə beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə əlavə ödənişlər təklif edib. A, B, C kateqoriyalı sistem formalaşdırılıb. A qrupuna düşən alimə ayda 1 300 manat, B qrupuna görə 1 000 manat, C qrupuna isə 650 manat əlavə ödəniş edilir. Lakin bu məqalələr yalnız nüfuzlu elmi bazalarda yer alan jurnallarda dərc olunmalıdır".
Misir Mərdanov qeyd edib ki, bu addım elmə olan marağı artırıb və alimlərin nüfuzlu elmmetrik bazalara daxil olan jurnallarda dərc olunan məqalələrinin sayı xeyli artıb.
Onun sözlərinə görə, institutda son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb.