“Paşinyanın Azərbaycan jurnalistinin suallarına verdiyi cavablar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, mübahisə doğuran məqamlarla bağlı danışarkən Paşinyan sanki "pərdələməyə", gözə kül üfürməyə çalışdı:

“Məsələn, deyir ki, bizim ərazi iddiamız yoxdur. Amma Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var və burada qeyd edilir ki, "Dağlıq Qarabağ Ermənistana verilib".
Digər tərəfdən, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsini əsas götürür. Amma onu yaddan çıxarır ki, həmin o bəyannamə öz parlamentlərində müzakirə olunan zaman konkret şərtlər nəzərə alınmaqla həmin bəyannaməyə qoşulmuşdular. Bu şərtlər o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana “birləşdirilməsini” özündə ehtiva edirdi. Daha sonra keçmiş Dağlıq Qarabağa daxil olmayan 7 rayonumuzun Ermənistan tərəfindən işğal edilməsi göstərir ki, Almatı Bəyannaməsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur, heç bir məna kəsb etmir. Paşinyan burada da ictimaiyyəti çaşdırır.
Üçüncü məqam, Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciəti gətirib bağlayırlar 17 bənddən ibarət razılaşdırılmış sülh sənədinə ki, bunlar eyni gündə imzalansın. Əgər həqiqətən müraciəti imzalamaq niyyətindəsənsə, niyə bunu sülh sənədi ilə bağlayırsan? Axı Azərbaycan Zəngəzur dəhlizini və digər məsələləri bu sənədə bağlamadı. Bu halda bütün proseslər dalana dirənmiş olacaq. Bu mövzuda da Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır, siyasi "cığallıq" edir.
Millət vəkili qeyd edib ki, İrəvan sülhün imzalanmasında maraqlı deyil:
“Baxmayaraq ki, müəyyən sənəd razılaşdırılıb. Düzdür, bu gün iki ölkə bir neçə il əvvələ görə sülhə daha yaxındır. Lakin Ermənistan siyasi manevr cəhdlərini kənara qoymalıdır. Bəllidir ki, 2026-cı ildə Ermənistanda seçkilər olacaq, 2027-ci ildə isə konstitusiya dəyişikliyi ola bilər. Ermənistan KİV-də belə bir məlumatlar bir ara yayılmışdı. Ermənistan sülh prosesini həmin hadisələrə qədər daşımaq niyyətindədir”.
Cavidan Mirzəzadə
Demokrat.az