"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirib — FOTOLAR

SOSİAL 16 may 2025, 16:40
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub.

Qəbulda "Azəriqaz" İB-nin rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib.

Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top