Azərbaycanlı məşhurların döyülərək öldürülən Elgün İbrahimovla bağlı paylaşımları

GÜNDƏM 16 may 2025, 12:00
Azərbaycanlı məşhurlar Gəncədə küçədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun başına gələnlərə səssiz qalmayıblar. 

BAKU.WS xəbər verir ki, onlar sosial şəbəkə hesablarında Elgünlə bağlı müxtəlif paylaşımlar edərək ona qarşı edilən bu zorakılığı qınayıblar. 

Müğənnilər, aparıcılar və blogerlər şəxsi instaqram hesablarında Elgünün qatillərinin tez zamanda tapılmasını azrulayıblar. 

Sözügedən paylaşımları təqdim edirik:

Müğənni Gülay Zeynallı 


 

Əməkdar artist Abbas Bağırov

 

 

Aparıcı Afaq Gəncəli

 

 

Müğənni Günel Zeynalova

 

 

Bloger Nəzrin Nəcəfova

 

 

Müğənni Aysun İsmayılova

 

 

Bloger Aynişan Quliyeva

 

 

Müğənni İradə İbrahimova

 

 

Müğənnilər Sevil-Sevinc Səfərovalar

 

 

Müğənni Almaxanım Əhmədli 

 

 

Qeyd edək ki, Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Onun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Elgün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib:

"Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi".


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2025, 12:43
Top