Pandemiyanın dünya gündəmindən çıxmağa başladığı bir vaxtda koronavirusun bəzi ölkələrdə yenidən yayılması barədə xəbərlər narahatlıqları artırıb. Belə ki, Sinqapur və Honqkonqda COVID-19-un yeni dalğası müşahidə olunur.
Rəsmi məlumatlara görə, Sinqapurda cəmi bir həftə ərzində 25 mindən çox yeni yoluxma halı qeydə alınıb. Yoluxmaların bu cür artmasına səbəb kimi KP.1 və KP.2 adlı yeni altştamların yayılması göstərilir.
Honqkonqda da oxşar vəziyyət yaşanır, səhiyyə qurumları əhalini ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırır.
Mütəxəssislərin sözlərinə görə, yeni ştamlar daha yoluxucudur, lakin əvvəlki variantlarla müqayisədə daha yüngül simptomlarla müşayiət olunur.
Azərbaycanda koronavirusla bağlı vəziyyət
Modern.az Azərbaycanda koronavirusla bağlı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovla əlaqə saxlayıb.
O bildirib ki, hazırda ölkədə yeni koronavirus infeksiyasına yoluxmaya tək-tək hallarda rast gəlinir.
"İlin əvvəlindən bu günə qədər epidemik vəziyyət stabil olaraq qalır. Xəstəlik əksər hallarda yüngül və fəsadsız keçir. Hospitalizasiya olunan şəxslərin sayının azlığı da ümumi vəziyyətin qənaətbəxş olduğunu göstərir", - infeksionist deyib.
Təyyar Eyvazovun sözlərinə görə, infeksiyadan qorunmaq üçün tədbirlər, hava-damcı yolu ilə yayılan digər infeksiyalara qarşı görülən standart qorunma üsulları ilə eynidir.
Bunlara aşağıdakılar daxildir:
• Əllərin tez-tez sabun və ya dezinfeksiyaedici vasitələrlə yuyulması;
• Qapalı və izdihamlı məkanlarda maskadan istifadə edilməsi;
• Sosial məsafənin qorunması;
• Xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək;
• Qapalı məkanların mütəmadi olaraq havalandırılması.
Bu sadə, lakin təsirli tədbirlər həm koronavirusdan, həm də digər yoluxucu tənəffüs yolu infeksiyalarından qorunmağa kömək edir.