Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi: Bu gün yeni faktlar açıqlanacaq

HADİSƏ 16 may 2025, 10:30
Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı bu gün davam edəcək.

Teleqraf-ın xəbərinə görə, proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır.

Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar.

Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Bu gün keçirilən iclasda cinayət hadisələri ilə bağlı yeni faktlar açıqlanacaq.

Xatırladaq ki, ötən gün təqsirləndirilən şəxslərin cinayət işi üzrə açıq məhkəmə prosesində Ağdərə, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğalı zamanı zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Ağdaban faciəsi, Kələbəcərin işğalı, Şuşa həbsxanasında əsirə qarşı işgəncə faktlarına dair video görüntülər təqdim olunub, şahid ifadələri dinlənilib və həmin hadisələrlə bağlı təqsirləndirilən şəxslərdən izahatlar tələb olunub.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev.

Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2025, 12:43
Top