Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı

HADİSƏ 16 may 2025, 10:33
Şamaxı rayonunda bədbəxt hadisə qeydə alınıb.

Demokrat.az xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışır. Hadisə də təmizlik işləri görərkən baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top