“Ermənistan rəsmiləri bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanma vaxtı və yerini öyrənmək istədiklərini bəyan edirlər. Antalya Diplomatiya Forumunda çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “vaxtı və yeri deyin, dərhal imzalayaq”. Lakin artıq beş ildir ki, üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmir”.
Bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, bu da Ermənistan tərəfinin səmimi, dürüst və etibarlı tərəfdaş olmadığını bir daha nümayiş etdirir:
“Son günlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərinə atəş açması, eyni zamanda Hindistandan silah alması, Yunanıstanla hərbi əməkdaşlıq sazişi imzalaması, Almaniyadan silah almağa çalışması sülh istəyindən çox revanşist niyyətlərə xidmət edir. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, bu silahlanma fəaliyyətləri hansı məqsədə xidmət edir? Bütün bunlar göstərir ki, rəsmi İrəvan sülh danışıqlarına sadəcə zaman qazanmaq üçün formal şəkildə yanaşır”.
O əlavə edib ki, əslində isə silahlanmaqla münaqişəni yenidən alovlandırmağa hazırlaşır:
“Təkcə hərbi təxribatlar deyil, eyni zamanda diplomatik və hərbi sahədə atılan addımlar da Ermənistanın sülhdən çox qisas almaq, revanşist duyğularla hərəkət etdiyini sübut edir. Beş ildir ki, yürüdülən bu ikiüzlü siyasət Ermənistan üçün heç bir müsbət nəticə verməyib və gələcəkdə də verməsi real görünmür”.
Leyla Turan
Demokrat.az